Modern.az

Bakıda bu özəl klinikanın lisenziyası ləğv olunur

Bakıda bu özəl klinikanın lisenziyası ləğv olunur

Aktual

14 Fevral 2025, 12:38

Bakıda klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olunub.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəz tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.

Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.

Zərif Sofiyeva

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı