Modern.az

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

Aktual

15 Fevral 2025, 11:55

Dağlıq rayonlarda yolların buz bağlaması avtomobillərin hərəkətinə çətinlik yarada bilər.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, BDYP-nin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə dağlıq ərazilərdəki yollarda zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara mövcud vəziyyətlə bağlı məlumat verir:

"Bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal