Modern.az

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı 

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı 

Aktual

15 Fevral 2025, 16:54

Tovuz rayonu Alakol Kənd Bələdiyyəsinin sabiq sədri Ceyhun Quliyev barəsində cinayət işi açılıb.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tovuz Rayon prokuroru Maarif Hüseynovun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Quliyev vəzifəsindən azad edilib və ölkədən çıxışına qadağa qoyulub.

 

Belə ki, C. Quliyev 14 bələdiyyə üzvünün, katibin iştirakı olmadan, onlardan xəbərsiz imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edərək, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakinin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü