Modern.az

Azərbaycan ağsaqqallarından Arif Paşayevə təbrik

Azərbaycan ağsaqqallarından Arif Paşayevə təbrik

Aktual

15 Fevral 2025, 10:18

Fevral ayının 15-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru, dünya şöhrətli alim, müdrik ağsaqqal Arif Mir Cəlal oğlu Paşayevin 91 yaşı tamam olur.

Xalqımızın nüfuzlu ziyalısı, dəyərli şəxsiyyəti Arif Paşayev ölkəmizdə elmin və təhsilin inkişafı naminə göstərdiyi böyük zəhməti, yüksək intellekti və idarəçilik  qabiliyyəti ilə Azərbaycan tarixində xüsusi iz qoymuşdur. Arif müəllimin rəhbərliyi ilə müasir elmi tələblərə cavab verən, beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisəsinə çevrilən Milli Aviasiya Akademiyasında yetişən minlərlə mütəxəssis bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, elmi-praktik biliklərin tətbiqində mühüm nailiyyətlərə imza atırlar. Milli ədəbiyyatımızın nüfuzlu siması Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açaraq, onun yüksək mənəvi dəyərlərini, Vətənə, elmə və xalqa xidmət amalını uğurla yaşadan Arif Paşayev böyük bir elmi və ədəbi ənənənin daşıyıcısıdır.  Mərhum ömür-gün yoldaşı, vətənpərvər və tanınmış  alim, qayğıkeş ana Aida xanım İmanquliyeva ilə birlikdə ölkəmizə yüksək intellektli, mənəvi zənginliyə malik çox dəyərli övladlar bəxş etmişlər. Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanın  cəmiyyətimizdə oynadıqları mühüm rol və böyük xidmətləri bu zəngin ailə dəyərlərinin və mənəvi irsin bariz nümunəsidir.

Azərbaycan Ağsaqqallar Şurasının fəxri üzvü olan Arif  Paşayev yalnız elmi nailiyyətləri ilə deyil, həm də cəmiyyətimizdə yüksək hörmət və nüfuz sahibi olan müdrik bir ağsaqqal kimi də hər zaman diqqət mərkəzində olmuşdur. Əsl ağsaqqal olaraq cəmiyyətimizdə birlik, həmrəylik və mənəvi dəyərlərin qorunub saxlanmasına dəyərli töhfələr vermişdir.  Xalqımız Arif  müəllimin ziyalılığını, vətənpərvərliyini və alicənablığını yüksək qiymətləndirir. Onun zəngin həyat və fəaliyyət yolu gənc nəsil üçün əsl örnəkdir.

Ümummilli Liderimiz  Heydər Əliyevin ölkəmizin yüksəlişinə istiqamətlənmiş siyasi kursunu və  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyən Arif Paşayev səmərəli fəaliyyətinə və dəyərli xidmətlərinə görə  bir çox yüksək  təltiflərə, eləcə də “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri kimi ali dövləti mükafatlarla layiq görülmüşdür. 

Vətənimizin davamlı inkişafı naminə bilik və bacarığını əsirgəməyən, Azərbaycan və dünya elminə dəyərli töhfələr verən, həyatının kamillik zirvəsində olan görkəmli alim və müdrik ağsaqqal Arif  Paşayevi  bu əlamətdar gündə ölkəmizin tərəqqisinə həsr olunmuş şərəfli ömrünün 91-ci ildönümü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edir, ona Allahdan uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, daim yüksək əhval-ruhiyyə və əmin-amanlıq arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar Quliyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal