Modern.az

Aptekdən 5 min manatlıq oğurluq edildi

Aptekdən 5 min manatlıq oğurluq edildi

Aktual

18 Fevral 2025, 14:10

Yasamal və Nəsimi rayonlarında oğurluq edənlər saxlanılıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonu ərazisində isə mağazadan 490 manatllıq məhsul oğurlayan 35 yaşlı Z.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal