Modern.az

AZAL-ın Tbilisi-Bakı aviareysi gecikir - SƏBƏB

AZAL-ın Tbilisi-Bakı aviareysi gecikir - SƏBƏB

Aktual

18 Fevral 2025, 15:57

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

AZAL-dan Modern.az-a verilən məlumata görə, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Məlumata görə, yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

“Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - məlumatda qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal