Modern.az

Gürcüstanda terror planlaşdıran şəxslər saxlanıldı - VİDEO

Gürcüstanda terror planlaşdıran şəxslər saxlanıldı - VİDEO

20 Fevral 2025, 11:57

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti iki nəfəri terror təşkilatına yardım ittihamı ilə saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. 

Bildirilir ki, Gürcüstan vətəndaşlarının evlərindən döyüş sursatı, müxtəlif növ elektron cihazlar, pul vəsaitləri və beynəlxalq terror təşkilatı ilə mümkün əlaqələrini təsdiqləyən digər maddi sübutlar götürülüb.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatına qoşulma və terror fəaliyyətlərinə yardım etməni nəzərdə tutan maddəsi ilə istintaq aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama