Ermənistanın Daxili İşlər Nazirliyi Gümrü şəhərinin keçmiş merinin saxlanmasının səbəblərini açıqlayıb.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Ermənistan KİV-nə bildirilib ki, qanunsuz silah gəzdirmək və saxlamaqda şübhəli bilinən iki nəfər saxlanılaraq Şirak rayon kriminal polis şöbəsinə aparılıb.
Dekabrda Ermənistan İstintaq Komitəsi bildirib ki, məhkəmə Qukasyanın 20-dən çox əmlakına həbs qoyub, müstəntiqlərin fikrincə, onlar cinayət yolu ilə əldə edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Qukasyan 1999-2012-ci illərdə Gümrü şəhərinin meri postunu tutarkən, tabeliyindəki işçilərin köməyilə ümumi kadastr dəyəri 35 milyon 690 min 403 dram (87 min dollara yaxın) olan 24 daşınmaz əmlakı qanunsuz olaraq mənimsəyiblər.