Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 55 nəfər müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, iki nəfərə cərrahi müalicə tətbiq olunub.
****
Qarlı hava ilə bağlı təcili yardıma müraciətlərin sayı açıqlanıb.
Modern.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi ) müraciəti qeydə alınıb.
Onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 1 nəfər isə hospitalizasiyadan imtina edib.