Modern.az

Binəqədidə yanğın - 2 nəfər tüstüdən zəhərləndi

Binəqədidə yanğın - 2 nəfər tüstüdən zəhərləndi

Aktual

22 Fevral 2025, 14:13

Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu