Modern.az

Prezidentdən İmperatora TƏBRİK

Prezidentdən İmperatora TƏBRİK

Aktual

23 Fevral 2025, 12:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib.

 

Modern.az təbrik məktubunu təqdim edir:

 

“Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu