Modern.az

Sürücülər əyləc sistemini nəzarətdə saxlasınlar - DYP

Sürücülər əyləc sistemini nəzarətdə saxlasınlar - DYP

Aktual

23 Fevral 2025, 15:28

Yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində Baş DYP İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

İdarədən Modern.az-a verilən məlumatda aşağıdakılar bildirilir:

 

“Əlverişsiz hava şəraitində yollarda hərəkət edən nəqliyyat vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.

 

Bu yoxlamalar, avtomobillərin qış şəraitində təhlükəsiz hərəkət etməsini təmin etmək məqsədini güdür.

 

Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir.

 

Sürücülərdən xahiş olunur ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu