Modern.az

DYP hava şəraiti ilə əlaqədar müraciət etdi

DYP hava şəraiti ilə əlaqədar müraciət etdi

24 Fevral 2025, 10:15

Hava şəraiti ilə əlaqədar hər hansı fövqəladə halların qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə koordinasiyalı şəkildə iş aparılır.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün xidmətini fasiləsiz davam etdirir. Xüsusilə intensiv hərəkətin müşahidə olunduğu magistral yollarda, keçidlərdə və şəhər daxili ərazilərdə nəzarət gücləndirilib. Xidmət fasiləsiz davam edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu