Modern.az

Balığın qiyməti bahalaşdı - VİDEO

Balığın qiyməti bahalaşdı - VİDEO

Aktual

24 Fevral 2025, 12:36

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.

Modern.az Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olaraq isə balıqların qiyməti 7 manatdan başlayır.

Balıq ticarəti ilə məşğul olan İlkin Novruzov deyir ki, satışda olan dəniz məhsullarının 80%-i yerli məhsullardır. Xaricdən gələn balıqlara da tələbat var. Əvvəlki illərlə müqayisədə balıq mövsümündə məhsul kifayət qədərdir.

Qiymətlə gəlincə mütəxəssis deyir ki, indi məhsula tələbat çoxdur və qiymətlər bazara uyğunlaşdırılır.

Sudak və sazan balıqları da az deyil. Qiymətləri münasibdir.  Ən ciddi qiymət artımı "samon" balığında nəzərə çarpır. Balığın bu növü xarici ölkələrdən gətirilir və hazırda qiymətində 10 manat artım var. Balığın bu növündən həm də suşi hazırlandığı üçün hazırda bu balığa tələbat daha  çoxdur.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?