Modern.az

Şahbaz Şərif iyulda Şuşaya gedəcək

Şahbaz Şərif iyulda Şuşaya gedəcək

24 Fevral 2025, 14:34

Pakistanın Baş naziri Şahbaz Şərif iyul ayında yenidən Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə geniş tərkibli görüş zamanı Baş nazir deyib.

O, növbəti səfər zamanı Şuşaya da getmək etmək istədiyini vurğulayıb.

"Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu