Modern.az

Avropa İttifaqı Ukraynaya 3,5 milyard avro ayıracaq

Avropa İttifaqı Ukraynaya 3,5 milyard avro ayıracaq

24 Fevral 2025, 14:57

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa İttifaqının (Aİ) mart ayında Ukraynaya 3,5 milyard avro yardım edəcəyini və enerji təhlükəsizliyinə dəstəyi artıracağını açıqlayıb. Bundan əlavə, Aİ Ukraynaya silah-sursat tədarükünü davam etdirəcək.

Modern.az xəbər verir ki, bunu Ursula Fon der Lyayen Kiyevdə keçirilən beynəlxalq sammitdə bəyan edib.

Bu gün, 24 fevral 2025-ci il tarixində Kiyevdə Ukraynaya dəstək üzrə beynəlxalq sammit keçirilir və bu toplantıda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen mühüm bəyanatla çıxış edərək dünyanı Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu