Modern.az

Avropanın 30 ölkəsi Ukraynaya dəstək verməyə hazırdı - Makron

Avropanın 30 ölkəsi Ukraynaya dəstək verməyə hazırdı - Makron

25 Fevral 2025, 11:20

Fransa prezidenti Emmanuel Makron 30-a yaxın ölkənin Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində iştirak etməyə hazır olduğunu bildirib.

Modern.az xəbər verir ki, Makron bu barədə “Fox News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri Ukraynanın təhlükəsizliyinin təmin edilməsində “yükü bölüşməyə hazırdır”.

“Mən 30 Avropa lideri və müttəfiqi ilə danışmışam və onların çoxu belə bir razılaşmanın, bu və ya digər növ təhlükəsizlik zəmanətinin bir hissəsi olmağa hazırdır”, - Makron bildirib.

Eyni zamanda iddia edib ki, onlar Rusiya tərəfindən ehtimal edilən razılaşmaların pozulması halında “ABŞ-dan həmrəylik siqnalı almaq” istəyirlər.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Avropa qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsində problem görmədiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu