Modern.az

Ləğv edilən İnstitutun əməkdaşları bu qurumlarda çalışacaq

Ləğv edilən İnstitutun əməkdaşları bu qurumlarda çalışacaq

Aktual

25 Fevral 2025, 12:10

Bir müddət əvvəl Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. 

AMEA-nın Rəyasət Heyəti cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab etməyib və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.

Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-ci iltarixində AMEA-nın ümumi yığıncağının qərarına əsasən yaradılmışdı. Qafqazşünaslıq İnstitutunun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. O, 2015-2024-cü illərdə həmin vəzifədə çalışıb.

Qafqazşünaslıq İnstitutunun sonuncu rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşovadır. O, 2024-cü il oktyabrın 21-də AMEA Rəyasət Heyətinin qərarına əsasən, Qafqazşünaslılq İnstitutunun direktor vəzifəsini icra edən təyin edilib.

Ramilə Dadaşova Modern.az-a açıqlamasında İnstitut əməkdaşlarının bundan sonrakı fəaliyyətləri barədə məlumat verib.

O bildirib ki, işçilər fəaliyyətlərini müvafiq olaraq Fəlsəfə və Sosiologiya, Tarix və Etnologiya institutlarında davam etdirəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi