Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, həmsöhbətlər Ermənistan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı müxtəlif məsələləri, həmçinin MDB PA Şurasında və digər platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Valentina Matvienkonun Ermənistana planlaşdırılan rəsmi səfərinin təşkilati məsələləri də müzakirə olunub.