Modern.az

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək

25 Fevral 2025, 16:51

2025-2026-cı illərdə yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nəşr ediləcək.

Modern.az xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Rasim Heydərov APA-ya müsahibəsində deyib.

Alim qeyd edib ki, 2025-2026-cı illərdə Dilçilik İnstitutunda yeni hazırlanacaq Orfoqrafiya və Orfoepiya lüğətləri tezlik sistemi ilə işlənilir:

"Yəni, mətbuatda, kitablarda və mediada ən çox işlənmiş sözlər seçilib analiz ediləcək. Tezliyi daha yüksək olan sözlər lüğətlərə daxil ediləcək. Yeni lüğətlər hazırkı lüğətlərdən daha zəngin və dəqiq olacaq.

Məndə olan məlumata əsasən, yeni lüğət üçün beş yüz milyondan artıq söz bazası yığılıb. Bu sözlər təkrar işlənəcək, ələnib seçiləcək".

O qeyd edib ki, media və mətbuatdan son 20-30 illik materiallar götürülüb, bu materiallardan ən çox işlədilmiş, yəni tezliyi yüksək olan sözlər seçilib:

"Daxil edilən sözlərin hər birinin götürüldüyü mənbələr də lüğətlərdə öz əksini tapacaq. Eyni zamanda, Dilçilik İnstitutunda ingilis, ərəb, fars və bir çox dillər üçün yeni transliterasiya lüğətlərimiz hazırlanır. Bu, bir qədər uzun sürən prosesdir, amma artıq işlər başlanılıb, sistem qurulur".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər