Modern.az

Heydər Əliyev prospektində hərəkət bərpa olundu - FOTO

Heydər Əliyev prospektində hərəkət bərpa olundu - FOTO

25 Fevral 2025, 17:45

Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Modern.az xəbər verir ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.

Qəza baş verəndən sonra əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu