Modern.az

İsrail səfiri Azərbaycana başsağlığı verdi

İsrail səfiri Azərbaycana başsağlığı verdi

26 Fevral 2025, 09:44

İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə Dik sosial şəbəkədəki səhifəsində paylaşım edib.

"Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm", - diplomat qeyd edib.

Səfir belə cinayətlər qarşısında İsrail və Azərbaycanın birliyini vurğulayıb: “Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu