Modern.az

Biləsuvarda "Kalaşnikov" aşkarlandı

Biləsuvarda "Kalaşnikov" aşkarlandı

Aktual

26 Fevral 2025, 19:35

Biləsuvar rayonunda "Kalaşnikov" avtomatı aşkarlanıb.

 

Modern.az xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin ərazisində bağlamanın içərisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

 

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AKM-74 markalı avtomat, 59 ədəd patron darağı və 2 003 ədəd patron aşkarlanaraq götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu