Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
O tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyib. Qriqoryan Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib.