Modern.az

36 yaşlı Elvin Kurskda itkin düşdü

36 yaşlı Elvin Kurskda itkin düşdü

Aktual

27 Fevral 2025, 23:51

Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun Rusiyanın Kursk vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.

 

Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.

 

Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.

 

Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.

 

1989-cu il təvəllüdlü E. Nuriyev ailədir, iki övladı var.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu