Modern.az

Azərbaycanın yardımı Suriyada paylanıldı - FOTO

Azərbaycanın yardımı Suriyada paylanıldı - FOTO

Aktual

28 Fevral 2025, 11:14

Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə paylanılıb.

Bu barədə Modern.az-a Azərbaycanın Suriyadakı Səfirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi iştirak edib.

Qeyd edək ki, ötən il dekabrın 30-u Suriyada Əsəd rejiminin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq, Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir.

 

Sizə yeni x var
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum