Modern.az

Azərbaycanda 91 nəfər zəhərlənib - 5-i ÖLÜB

Azərbaycanda 91 nəfər zəhərlənib - 5-i ÖLÜB

28 Fevral 2025, 12:48

Fevral ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 91 nəfər qəbul edilib.

Bu barədə Modern.az-a KTM-dən xəbər verilib.

Bildirilib ki, Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir.

Həmçinin onlardan 11 nəfər dəm qazından, 4 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfər (4 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu