Modern.az

Türkiyə səfirliyi jurnalistlərlə görüş keçirdi

Türkiyə səfirliyi jurnalistlərlə görüş keçirdi

28 Fevral 2025, 13:22

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib.

Modern.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə keçirilən görüşdə birgə əməkdaşlıq, görülən tədbirlər, yeni tərəfdaşlıq istiqamətləri və biznes dairələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, görüşdə Türkiyə Səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir, səfirliyin baş ticarət müşaviri Yakub Sefer və “MÜSAİD Azərbaycan”ın idarə heyətinin üzvü iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu