Modern.az

Xankəndi Məhkəməsinin sədri Şuraya üzv seçildi

Xankəndi Məhkəməsinin sədri Şuraya üzv seçildi

Aktual

28 Fevral 2025, 15:28

Bu gün Hakimlərin Konfransı təşkil edilib. 

Modern.az xəbər verir ki, Konfransda Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçirilib. 

Konfrans üzvlərinin yekdil səsi ilə Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb. 

Qeyd edək ki, Şuranın 15 üzvü var.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu