Modern.az

HPG də çağırış etdi: Atəşkəsə əməl edilməlidir!

HPG də çağırış etdi: Atəşkəsə əməl edilməlidir!

Aktual

2 Mart 2025, 14:25

PKK terror təşkilatının daha bir qolu olan HPG (Xalq Müdafiə Qüvvələri) İmralı həbsxanasındakı Abdullah Öcalanın atəşkəs çağırışına qoşulub.

 

Modern.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

 

Qeyd olunub ki, PKK İran – İraq sərhədindəki Kandil bölgəsində elan etdiyi atəşkəs bütün qruplara aiddir: “Hər kəs bu qərara əməl etməlidir. Qərardan kənara çıxma hallarına yol verilməməlidir”.

 

Xatırladaq ki, daha əvvəl PKK terror təşkilatının həbsdə olan rəhbəri Abdullah Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib. Bunun ardınca PKK terror təşkilatı Kandildə atşəkəs elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu