Modern.az

Azərbaycanda Ramazan ikitirəliyi - İranın fətvasına qoşulanlar da var

Azərbaycanda Ramazan ikitirəliyi - İranın fətvasına qoşulanlar da var

Aktual

3 Mart 2025, 15:18

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fevralın 27-də fətva verib. Fətvaya əsasən, bu il ölkəmizdə orucluq martın 1-dən başlayıb.

Qafqaz Müsəlmanları İdarəsi Ramazanın başlanğıc gününü Şamaxı rəsədxanasının quruma yolladığı ayın görünmə tarixinə əsasən müəyyənləşdirdiyini bəyan edib.

Modern.az-ın məlumatına görə, Azərbaycanda bəzi dindarlar - xüsusilə özünü şiə məzhəbinə yaxın hesab edənlər orucu martın 2-dən tutublar. Buna səbəb isə İranda verilən fətvadır. İranda orucluq martın 2-dən başlayıb.

Ramazana martın 2-dən başlayanlar yeni ayın doğmadığını əsas gətirərək orucluğa martın 1-dən başlamadıqlarını iddia edirlər. 

Məlumatlara görə, Ramazanla bağlı ikitirəlik təkcə Azərbaycanda deyil, İranda, hətta İraqda da müşahidə olunur. 

Qafqaz Müsəlmanları İdarəsi bunu əqidə məsələsi hesab edərək, məsələni çox qabartmağa ehtiyac görmür.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi