Modern.az

Közərmə lampaları niyə qadağan olunur? - Nazir müavini səbəbi AÇIQLADI

Közərmə lampaları niyə qadağan olunur? - Nazir müavini səbəbi AÇIQLADI

Aktual

3 Mart 2025, 15:52

Xəbər verdiyimiz kimi, 2026-cı il yanvarın 1-dən 60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı qadağan ediləcək.

Modern.az xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında közərmə lampalarının planlaşdırılan qadağasından danışıb.

Nazir müavini deyib ki, közərmə lampalarnın LED lampalarla əvəz edilməsi iqtisadi baxımından faydalıdır. 

"Energetika Nazirliyi tərəfindən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif olunan maddənin əlavə edilməsini məqsədə müvafiq hesab edirik. Enerji səmərəliliyi proqramlarının qanunvericiliklə konsolidasiyası enerji istehlakını azaltmaqla müəssisələrin və ev təsərrüfatlarının xərclərini azaldır", - o bildirib.

Vüqar Kərimov qeyd edib ki, bu, elektrik şəbəkəsinə yükü azaldır.

"Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir və enerjinin 80 %-ə qədərinin spiralın közərməsinə sərf edilir. Bu lampaların daha enerji səmərəli işıq diod (LED) lampaları ilə əvəz edilməsi iqtisadi baxımından faydalıdır".

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu