Modern.az

Türkiyənin ölkəmizdəki səfiri Qarabağa gedəcək

Türkiyənin ölkəmizdəki səfiri Qarabağa gedəcək

4 Mart 2025, 17:21

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün əlverişli ən yaxın zamanda Qarabağa səfər edəcək.

Bunu Modern.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilir  deyib. 

"Bununla bağlı mən dəqiq vaxt deyə bilmərəm. Amma uyğun olan ən yaxın zamanda səfirimizin Qarabağ ziyarəti olacaq. Bizim üçün Qarabağın azad olunan hər qarışı əhəmiyyətlidir. Azərbaycanın haqlı mübarizəsini media və kommunikasiya mənsubları olaraq, bütün dünyaya çatdırmaq üçün  "Azərbaycan-Türkiyə Ortaq Media Platformu"muz var. Sahədə güclü olmaq kifayət etmir. Eyni zamanda media və kommunikasiya sahəsində çox güclü olmağa ehtiyac var. Azərbaycanla Türkiyənin müştərək mübarizəsini cənab Prezident İlham Əliyevin sözləri ilə desək, öz ailəmiz türk dünyasının iddialarını, Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi ilə bağlı fikirlərimizi çatdırmalıyıq. Bu gün "Daha Adil Dünya Mümkün" temalı StartCOM toplantısı bu baxımdan önəmlidir. Türk dünyası Dünya daha ədalətli olacaqsa, bu, türk dünyasının birlik və həmrəyliyindən asılıdır. Türk dünyası ayağa qalxdıqca, dünya daha ədalətli, yaşanıla bilən və sülhpərvər bir məkana çevriləcək. Çünki türklər tarix boyu ədalət prinsiplərinə sadiq qalıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI