Modern.az

“Azərkosmos”a müvəqqəti rəhbərlik bu şəxsə həvalə edildi

“Azərkosmos”a müvəqqəti rəhbərlik bu şəxsə həvalə edildi

Aktual

4 Mart 2025, 15:20

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.

Modern.az APA-ya istinadən xəbər verir ki, D.Bədirxanov daha öncə qurumun İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edib.

Qeyd edək ki, "Azercosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu