Modern.az

Matvienkonun İrəvan səfərinin vaxtı açıqlandı

Matvienkonun İrəvan səfərinin vaxtı açıqlandı

Aktual

4 Mart 2025, 17:12

Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienkonun İrəvana səfəri şərti olaraq bu il iyunun 5-6-na planlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

"Matvienkonun səfərinin tarixləri ilkin olaraq razılaşdırılıb - 5-6 iyun. Mən onu Rusiyaya səfərim zamanı İrəvana dəvət etmişdim, sonra noyabrın əvvəlində Düşənbədə görüşümüz oldu. O vaxtdan bəri Matvienko ilə üç dəfə telefon danışığım oldu. Səfər rəsmi olacaq, mümkün qədər tədbirli keçirməyə çalışacağıq. İkitərəfli məsələlər var, onları həll etməyə səy göstərəcəyik", - Simonyan bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!