Modern.az

Milli Qəhrəmanların əşyaları Tarix Muzeyinə verildi

Milli Qəhrəmanların əşyaları Tarix Muzeyinə verildi

Aktual

4 Mart 2025, 17:28

Qəhrəman ekipaj üzvlərimizin — İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın şəxsi və əmək fəaliyyəti ilə bağlı əşyalarını ailələri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edib.

Modern.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, təqdimetmə mərasiminin iştirakçıları Milli Qəhrəmanlarımızın göstərdiyi şücaət və fədakarlığın xalqımızın yaddaşında əbədi qalacağını qeyd ediblər.

"Qəhrəman ekipaj heyətimizə məxsus əşyaların Muzeyə təqdim olunması, onların qəhrəmanlığının əbədiləşdirilməsi AZAL kollektivi üçün böyük şərəf və qürur mənbəyidir", - deyə açıqlamada qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur