Modern.az

Qalmaqallı professor həbsxanada vəfat etdi

Qalmaqallı professor həbsxanada vəfat etdi

Aktual

4 Mart 2025, 23:39

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu gün həbsxanada dünyasını dəyişib.

 

Mərhum bu gün torpağa tapşırılıb.

 

Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu