Modern.az

Çirkab sular və su təsərrüfatı obyektlərinə axıdılır

Çirkab sular və su təsərrüfatı obyektlərinə axıdılır

Aktual

5 Mart 2025, 12:34

Azərbaycanda çirkab sularının su mənbələrinə və su təsərrüfatı obyektlərinə axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.

"Bununla bağlı monitorinqlər keçirmişik. Açıq deyim ki, nəticələr vəziyyətin ürəkaçan olmadığını göstərir. Vətəndaşlarımız su mənbələrinə, həm də su təsərrüfatı obyektlərinə çirkləndirici maddələr, çirkab suları, hətta istehsalat tullantıları atır. Hansı ki, bu, qanunvericiliklə həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Ancaq hələ də insanlarımız bu məsələdə həssaslıq göstərmir", - deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi