Modern.az

“Şəffaflıq Azərbaycan”ın fəaliyyətinə xitam verildi

“Şəffaflıq Azərbaycan”ın fəaliyyətinə xitam verildi

Aktual

5 Mart 2025, 15:08

Beynəlxalq Şəffaflıq Təşkilatının (“Transparency İnternational”) milli bölməsi statusuna malik “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Ümumi Yığıncağı ictimai birliyin ləğvi haqqında qərar qəbul edib.

Modern.az APA-ya istinadən xəbər verir ki, Ümumi Yığıncağın qərarı ilə Ləğvetmə komissiyası (təsviyəçi) təyin edilib.

Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin İcraçı direktoru Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, QHT-nin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Ləğvetmə komissiyası (təsviyəçi) müvafiq qaydada Ədliyyə Nazirliyinə müraciət edəcək.

Daha sonra Ləğvetmə komissiyası (təsviyəçi) qanunvericiliyə uyğun olaraq zəruri prosedurları həyata keçirəcək.

Bu qərar haqqında bütün yerli və beynəlxalq tərəfdaşlar məlumatlandırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu