Modern.az

Təyyarə qəzasında sağ qalmağım möcüzədir - Aydan Rəhimli

Təyyarə qəzasında sağ qalmağım möcüzədir - Aydan Rəhimli

Aktual

5 Mart 2025, 19:33

Təyyarə qəzasında sağ qalmağım möcüzədir.

 

Modern.az "report"a istinadən xəbər verir ki, bunu AZAL-ın təyyarə qəzasında sağ qalan, "Rəşadət" ordenli stüardessa Aydan Rəhimli “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.

 

O qeyd edib ki, həyat ona ikinci şans verib:

 

"Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır".

 

A.Rəhimli həyatda qalmağında rolu olan həkimlərə, ailəsinə və Prezident İlham Əliyevə təşəkkür edib.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu