Modern.az

Bu xəstəxananın direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT

Bu xəstəxananın direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT

Aktual

6 Mart 2025, 14:14

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib. 

Modern.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.

TƏBİB sədrinin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyinat alıb.

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub. 

Qeyd edək ki, vəzifədən azad olunan R.Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi, eyni zamanda baş həkim vəzifəsini icra edirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu