Modern.az

Beşbarmaqda maşından meyit tapıldı 

Beşbarmaqda maşından meyit tapıldı 

Aktual

6 Mart 2025, 17:30

Bu gün saat 04:50 radələrində Bakı-Quba yolunda avtomobildən meyit tapılıb.

Modern.az xəbər verir ki, Quba-Bakı yolunun Zarat kəndindən keçən hissəsində - Beşbarmaq adlanan ərazidə dayanan “Mercedes” markalı avtomobilin sürücü oturacağında meyit aşkarlanıb.

Ölən şəxsin Şabran rayon sakini 1995-cil il təvəllüdlü Cəbrayılov Təbriz İlqar oğlu olması müəyyən edilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu