Modern.az

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Aktual

7 Mart 2025, 10:24

Martın 8-i, saat 09:00-dan martın 9-u saat 23:00-a qədər Bakının Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq  təmir işləri ilə əlaqədar olaraq, prospektin əsas yolunda, hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Modern.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu