Modern.az

Kürdəxanıda su itkiləri araşdırılır

Kürdəxanıda su itkiləri araşdırılır

Aktual

7 Mart 2025, 11:48

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində su itkilərinin araşdırılması aparılır.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun Nəzarət Ölçü Cihazları İdarəsi xüsusi cihazlar vasitəsilə su itkilərinin araşdırılmasını həyata keçirir.

Suyun səmərəli idarə olunması və dayanıqlı təchizatın təmin edilməsi məqsədilə bu istiqamətdə işlər davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu