Modern.az

Qadınlara məscidlərdə namaz qılmaq qadağan edildi

Qadınlara məscidlərdə namaz qılmaq qadağan edildi

7 Mart 2025, 14:10

Əfqanıstanda Taliban hərəkatının formalaşdırdığı hökumətin məmurları qadınlara namaz qılmaq üçün məscidlərə getməyi qadağan ediblər.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Herat vilayətindəki mənbələr bildiriblər ki, yeni məhdudiyyətlər barədə məlumat əhaliyə imamlar vasitəsilə şifahi olaraq çatdırılıb. Artıq qadınların məscidlərdə cümə namazlarında iştirak etməsinə icazə verilmir, halbuki əvvəllər onlar üçün məscidlərdə ayrıca otaqlar düzəldilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu