Modern.az

Ödəmə terminalını oğurlayan şəxs saxlanıldı

Ödəmə terminalını oğurlayan şəxs saxlanıldı

10 Mart 2025, 09:33

Gəncə şəhərində terminal oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Modern.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikiləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birindən “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı E. Rəsulov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu