Modern.az

Dumana görə yollarda görünüş məsafəsi azalıb - SİYAHI

Dumana görə yollarda görünüş məsafəsi azalıb - SİYAHI

Aktual

10 Mart 2025, 10:02

Paytaxtın bəzi yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Görünüş məsafəsi azalan yollar:

1. Zığ dairəsi- Hava Limanı yolu;
2. Heydər Əliyev prospekti;
3. Yusif Səfərov küçəsi;
4. Aeroport şosesi;
5. Ziya Bunyadov prospekti.

Sürücülərə tövsiyə

Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza