Modern.az

İtkin düşmüş şəxslərin axtarışına nə mane olur... 

İtkin düşmüş şəxslərin axtarışına nə mane olur... 

Aktual

10 Mart 2025, 10:06

İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olan hallar açıqlanıb.

Modern.az xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

“Qısa müddətdə Dövlət Komissiyası tərəfindən bu sahədə müəyyən işlər həyata keçirilsə də, aşağıdakı amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur:

− 30 illik işğal dövründə ərazilər mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilmişdir. Bunun nəticəsidir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonrahazırki dövrədək həmin ərazilərdə mina partlayışı ilə bağlı 231 insident qeydə alınmış, nəticədə 70 nəfər həlak olmuş, 314 nəfər yaralanmışdır.

− işğal dövründə ərazidə həyata keçirilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, hətta landşaftın və relyefin dağıdılması baş vermişdir;

− qəbiristanlıqlar və məzar yerləri, o cümlədən itkinlərə aid məzar yerləriməqsədyönlü şəkildə dağıdılıb”, -deyə o bildirib.

Rəis müavini qeyd edib ki, yuxarıdakı səbəblərə görə, hətta məzar yerləri barədə Dövlət Komissiyasına məlumat verən insanlar belə, ərazilərə aparılarkən onlara məlum olan dəfn yerlərini dəqiq göstərə bilmirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza