Modern.az

Avtomobillərdən və evdən oğurluq edən dəstə üzvləri saxlanıldı

Avtomobillərdən və evdən oğurluq edən dəstə üzvləri saxlanıldı

Aktual

10 Mart 2025, 10:28

Xaçmazda avtomobillərdən və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxslərin qabaqcadan əlbir olaraq rayon ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, səs gücləndiricilər, akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları oğurladıqları müəyyən edilib.

Hadisələri törətməkdə şübhəli bilinən Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza