Modern.az

AFFA hakimlər otağına girən baş məşqçini cəzalandırdı 

AFFA hakimlər otağına girən baş məşqçini cəzalandırdı 

Aktual

10 Mart 2025, 12:07

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" komandasının baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.

Modern.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna mütəxəssisin XVII turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması səbəb olub. “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib.

"İmişli"nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib. O, "Mingəçevir"lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı. Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat ödəyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza